Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq

Xəbərlər
1 Mart 2024 15:40
515
Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq

Rövnəq Abdullayev AFFA-nın prezidentliyinə namizədliyini irəli sürməyəcək.

İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

AFFA-nın İcraiyyə Komitəsinin iclasının sonunda qurumun prezidenti Rövnəq Abdullayev öz istəyi ilə namizədliyini irəli sürməyəcəyini bildirib.

Hesabat-Seçki konfransı aprelin 2-də keçiriləcək.

Qeyd edək ki, Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir.

İdman.biz