Andrey Lunyov: “Bayer”in zəif tərəflərini bilirik”

Xəbərlər
28 Fevral 2024 10:55
3 139
Andrey Lunyov: “Bayer”in zəif tərəflərini bilirik”

“Yenidən “Bayer”lə qarşılaşmaq bir tərəfdən çox xoşdur”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında deyib.

32 yaşlı qolkiper Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”lə qarşılaşmaları barədə fikirlərini də açıqlayıb: “Digər tərəfdən daha yaxşı olardı ki, indi nisbətən yüngül rəqib düşsün, “Bayer”lə isə növbəti mərhələdə görüşək. Onlarla artıq iki dəfə qarşılaşmağımızın müsbət tərəfləri var. Rəqib bizə tanış komandadır. Onların necə oynamağı, bizim onlara qarşı necə çıxış edə biləcəyimiz barədə anlayışımız var. Rəqibin güclü və zəif tərəflərini bilirik. Mənfi məqamlar da var. Bu, futboldur, istənilən rəqiblə oynamaq olar və lazımdır”.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında oyunlar martın 7-də və 14-də keçiriləcək.

İdman.biz