Futbol millimiz Litvaya yola düşüb - FOTO/VİDEO

24 Sentyabr 2026 16:38
99
Futbol millimiz Litvaya yola düşüb - FOTO/VİDEO

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə keçirəcəyi oyunla bağlı səfərə çıxıb.

İdman.Biz-in Kaunasa ezam olan əməkdaşı xəbər verir ki, yığma üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Litvanın Kaunas şəhərinə yola düşüblər.

Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi komanda qarşılaşmaya hazırlığını Kaunasda davam etdirəcək.

Litva - Azərbaycan oyunu sentyabrın 27-də Kaunasdakı Darius və Girenas stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşmanı işıqlandırmaq üçün bir qrup azərbaycanlı jurnalist AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə Kaunas şəhərinə ezam olunub.

İdman.Biz