Azərbaycan liqalarının dünyadakı mövqeyi bəlli olub

Xəbərlər
27 Fevral 2024 15:25
432
Azərbaycan liqalarının dünyadakı mövqeyi bəlli olub

Futbol liqalarının dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, 2024-cü ilin ilk siyahısında Azərbaycan da təmsil olunub.

Dünyanın 250 ən güclü liqası sırasında çempionatımızın iki dəstəsi düşüb. 66,5 xala malik Premyer Liqa 69-cu pillədə qərarlaşıb. I Liqa isə 48,3 xalla dünyada 206-cıdır.

İngiltərə Premyer Liqası planetin ən yaxşısıdır – 93,6. İspaniya La Liqası 91,3 xalla ikinci, Almaniya Bundesliqası 90,3 xalla üçüncüdür. 80,8 xala malik Türkiyə Super Liqası 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, aşağı liqalar arasında ən yaxşısı Almaniya Bundesliqası 77,5 xalla dünyada 18-ci yerdədir.

İdman.biz

Məqalədə: