Tahir Gözəl: “Bayer”lə matçda Avropanı təəccübləndirməyə çalışacağıq”

Müsahibə
23 Fevral 2024 17:47
826
Tahir Gözəl: “Bayer”lə matçda Avropanı təəccübləndirməyə çalışacağıq”

“Püşkatmanın sonunda iki komanda – “Slaviya” və “Bayer” qalanda Çexiya klubu ilə oynayacağımıza çox ümid edirdim”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun mətbuat xidmətinə açıqlama verən funksioner Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasına münasibət bildirib: “Ancaq bizə Leverkuzen təmsilçisi düşdü. Çox güclü rəqibdir. Məğlubedilməz, rekordlar qıran bir komandadır. Xüsusilə də bu mövsüm ən yüksək səviyyədə futbol nümayiş etdirirlər. Əlbəttə ki, asan oyun olmayacaq. Amma biz onları, onlar bizi tanıyır. Təcrübəmiz var. “Qarabağ”ın dünənki möhtəşəm qalibiyyəti bizi ruhlandırır. Onlarla ən yüksək səviyyədə oynayacağıq və Avropanı təəccübləndirməyə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar martın 7-də və 14-də keçiriləcək.

İdman.biz