“Braqa”nın transfer siyasəti: “Qarabağ”ın milyonlar qazanan rəqibi

Xəbərlər
21 Fevral 2024 17:28
768
“Braqa”nın transfer siyasəti: “Qarabağ”ın milyonlar qazanan rəqibi

Transferlərdən ən çox qazanan klubların siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, CİES-in tərtib etdiyi cədvəldə həm son 5, həm də son 10 mövsümün göstəriciləri əksini tapıb.

Hər iki dövrdə futbolçu alqı-satqısından ən çox qazanan “Benfika”dır. “Ayaks”ın ikinci olduğu siyahılarda “Zalsburq” 4-cü, “Sportinq” 5-cidir. Beşillik dövrdə “Lill”, 10 ildə isə “Monako” üçüncü sırada qərarlaşıb.

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Braqa” da transferlərdən qazanan klublar sırasındadır. Son 5 ildə 134 milyon avro əldə edən Portuqaliya klubu dünyada 13-cüdür. 10 ildə bu rəqəm 239 milyona çatıb və “Braqa” 11-ci sıradadır.

Futbolçu keçidlərindən ən çox ziyana düşənlər İngiltərə klublarıdır. Son 5 ildə ən çox itirən məhz Premyer Liqa təmsilçiləri olub. Son 10 ilin sıralamasında isə ingiltərəlilərin olduğu liderlər sırasına düşən PSJ 3-cü yerdə qərarlaşıb.

Son 5 mövsümdə ən çox qazananlar
1. “Benfika” – 354 milyon avro
2. “Ayaks” - 349
3. “Lill” - 282
4. “Zalsburq” - 262
5. “Sportinq” - 220

Son 10 mövsümdə ən çox qazananlar
1. “Benfika” - 732
2. “Ayaks” - 434
3. “Monako” - 421
4. “Zalsburq” - 405
5. “Sportinq” - 380

Son 5 mövsümdə ən çox itirənlər
1. “Çelsi” - 782
2. “Mançester Yunayted” - 773
3. “Arsenal” - 622
4. “Tottenhem” - 608
5. “Nyukasl” - 574

Son 10 mövsümdə ən çox itirənlər
1. “Mançester Yunayted” - 1313
2. “Çelsi” - 1042
3. PSJ - 959
4. “Arsenal” - 867
5. “Mançester Siti” - 862

İdman.biz

Məqalədə: