Avrokuboklarda "100-lər klubu" - siyahıda 4 “Qarabağ”lı

Xəbərlər
21 Fevral 2024 20:14
248
Avrokuboklarda "100-lər klubu" - siyahıda 4 “Qarabağ”lı

Avrokuboklarda ən çox oyun keçirən postsovet məkanı futbolçularının siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvələ 100 və daha çox matç keçirənlər daxil edilib.

Buna 19 futbolçu nail olub. Azərbaycan cədvəldə 4 oyunçu ilə təmsil edilib.

Yalnız Rusiya və Ukraynanın cədvəldəki təmsilçisi daha çoxdur. 6 rusiyalı və 5 ukraynalı avrokuboklada ən azı 100 oyuna çıxıb. Belarusdan 2, Gürcüstan və Ermənistandan 1 futbolçu siyahıya düşüb.

Azərbaycan rekordçusu Maksim Medvedevdir. 126 oyun keçirən müdafiəçi keçmiş SSRİ-də 8-cidir.

9-cu pillədəki Qara Qarayevin hesabında 120 avrokubok matçı var.

Rəşad Sadıqov 113 matça çıxıb və cədvəldə 11-cidir. Riçard Almeyda 102 görüşdə iştirak etməklə 18-cidir.

Qeyd edək ki, Maksimlə Riçard hazırda “Qarabağ”da forma geyinir. Digər iki oyunçu da uzun illər Ağdam klubunda forma geyinib. Qara indi “Neftçi”nin şərəfini qoruyur, Sadıqov isə “Zirə”nin baş məşqçisidir.

İdman.biz