Konfrans Liqası: “Makkabi” 1/8 finalda

21 Fevral 2024 22:53
360
Konfrans Liqası: “Makkabi” 1/8 finalda

Bu gün Konfrans Liqasında pley-offun cavab oyunlarına start verilib.

İdman.biz xəbər verir ki, 1/8 finala bu mərhələdən yüksələn ilk komanda bəlli olub.

Günün yeganə matçı Belçikada keçirilib. "Gent” öz meydanında Hayfa “Makkabi”sini qəbul edib. Matç 1:1 hesabı ilə yekunlaşsa da, qonaqlar evdə qazandıqları qələbə sayəsində mərhələ adlayıblar.

Qeyd edək ki, pley-offun cavab oyunları çərçivəsindəki digər 7 görüş sabah baş tutacaq.

Konfrans Liqası
Pley-off, Cavab oyunu
21 fevral
21:00. “Gent” – “Makkabi” (Hayfa) - 1:1

İlk oyun - 0:1

İdman.biz

Məqalədə: