"Milan" 1/8 finalda, "Qalatasaray"dan erkən vida - VİDEO

Xəbərlər
23 Fevral 2024 02:06
586
"Milan" 1/8 finalda, "Qalatasaray"dan erkən vida - VİDEO

Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilib.

İdman.biz xəbər verir ki, "Qalatasaray" evdə qazandığı üstünlüyü Praqada qoruya bilməyib.

İstanbulda 3:2 hesabı ilə qalib gələn "sarı qırmızılar" 1:4 hesabı ilə məğlub olublar.

"Marsel" "Şaxtyor"u, "Milan" "Renn"i mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, 1/8 finalın püşkü bu gün atılacaq.

Avropa Liqası
Pley-off, cavab oyunları
22 fevral
21:45. "Qarabağ" – "Braqa" - 0:2, ə.v. 1:2

İlk oyun – 4:2

21:45. "Frayburq" – "Lans" - 2:2, ə.v. 1:0
İlk oyun – 0:0
21:45. "Renn" – "Milan" - 3:2
İlk oyun – 0:3

21:45. "Tuluza" – "Benfika" - 0:0
İlk oyun – 1:2

00:00. "Sportinq" – "Yanq Boyz" - 1:1
İlk oyun – 3:1

00:00. "Marsel" – "Şaxtyor" - 3:1
İlk oyun – 2:2

00:00. "Sparta" – "Qalatasaray" - 4:1
İlk oyun – 2:3

00:00. "Roma" – "Feyenord" - 1:1, pen. 4:2
İlk oyun – 1:1

İdman.biz