Azərbaycan – İngiltərə oyununun vaxtı açıqlanıb

21 Fevral 2024 15:23
394
Azərbaycan – İngiltərə oyununun vaxtı açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti iki oyununun vaxtı müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də İngiltərə, 26-da isə Ukrayna yığmasına qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib. “Azersun Arena”da təşkil olunacaq hər iki oyun saat 16:00-da başlayacaq.

İdman.biz

Məqalədə: