“Braqa”dan paylaşım: “Bakı xüsusidir” - VİDEO

Xəbərlər
21 Fevral 2024 15:11
692
“Braqa”dan paylaşım: “Bakı xüsusidir” - VİDEO

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Braqa” Bakı səfəri ilə bağlı paylaşım edib.

İdman.biz xəbər verir ki, Portuqaliya klubu sosial şəbəkələrdə Azərbaycan paytaxtından video paylaşıb.

Burada şəhərin görməli yerləri əks olunub. Bakını bəyənən qonaqlar videoya “Baku is special” (Bakı xüsusidir) ifadəsini əlavə edib.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Braqa” görüşü sabah saat 21:45-də başlayacaq.

İdman.biz