Juninyo: "Həmin açıqlamaların nə mənə, nə də digər oyunçularımıza təsiri yoxdur” - MÜSAHİBƏ - VİDEO

Xəbərlər
21 Fevral 2024 13:11
2 413
Juninyo: "Həmin açıqlamaların nə mənə, nə də digər oyunçularımıza təsiri yoxdur” - MÜSAHİBƏ - VİDEO

“Sabah maraqlı oyun olacaq”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo deyib.

Braziliyalı hücumçu Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə sabah keçiriləcək matçına həsr olunan mətbuat konfransında iştirak edib. Premyer Liqanın bombardiri cavab matçına hazırlığı dəyərləndirib: “Yaxşı hazırlaşmışıq. Ciddi oyun olacaq. Rəqibimiz çox güclü komandadır. Matça ciddi hazırlaşmışıq. Onlar mövsümə Çempionlar Liqasında başlamışdı, indi Avropa Liqasında davam edir. Bu da onların təhlükəli olduğunu göstərir. Doğma azarkeşlərimizin qarşısında oynayacağıq. Bu da önəmli faktordur. Ümid edirəm ki, maraqlı oyun olacaq”.

- İlk matçda “Qarabağ” 4:2 hesabı ilə qalib gəlib. Mərhələ adlamaq üçün cavab oyununda nəyə daha çox diqqət yetirmək lazımdır?

- ⁠Oyunun taleyini xırda detallar həll edə bilər. Sadəcə buna diqqət yetirməliyik. Həmçinin doğma azarkeşlər qarşısında oynamaq bizim üçün əlavə üstünlükdür.

- ⁠Sən "Braqa"nın Bakıda necə oynayacağını gözləyirsən? Səncə, “Qarabağ”ın səfərdə rəqibi təəccübləndirməyi bacardımı?

- Məncə, “Qarabağ” “Braqa”nı təəccübləndirmədi. Çünki onlar bizi tanıyırdılar, hansı gücdə olduğumuzu bilirdilər və bu oyunu bizdən gözləyirdi. Yəqin ki, sabah öz strategiyaları da olacaq.

- ⁠Ötən ilki Juninyo və hazırda başqa bir komandada oynayan Juninyo. Tamam başqa bir yarışda iştirak etdiyinin fərqindəsən? Mərhələ keçsəz, həqiqətən də bu tarixi bir uğur olacaq?

- ⁠Düzdür, həqiqətən fərqindəyəm. “Qarabağ” uzun illərdir avrokuboklarda iştirak edir və təcrübəsi var. Mən də gəldiyim andan komandaya uyğunlaşdım. Məşqçi amili və oturuşmuş heyət var. İnanıram ki, sabah maraqlı oyun olacaq və azarkeşləri sevindirəcəyik.

- Rəqib futbolçuların və baş məşqçinin “mütləq qalib gəlməliyik” açıqlamaları sizə əlavə motivasiya verirmi?

- ⁠Ümumilikdə, komanda ab-hava yaxşıdır. Futbolçularımız cavab oyununa kökləniblər. Belə açıqlamaların nə mənə, nə də digər oyunçularımıza təsiri yoxdur. Biz səfərdə qalib gəlsək də, yenə də hər iki komanda üçün çox çətin oyun oldu.

- ⁠Doğma meydanda oynamaq hansı komandanın qələbə qazanmaq ehtimalı var?

- ⁠Burda hansısa nəticə gözləniləndir. Şansları 50-nin 50-yə dəyələndirirəm. 4:2 hesablı qələbə hər şey demək deyil.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Braqa” matçı saat 21:45-də başlayacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: