“Qarabağ”ın Avropadakı yeri açıqlanıb

Xəbərlər
20 Fevral 2024 00:16
425
“Qarabağ”ın Avropadakı yeri açıqlanıb

Klubların 10 illik UEFA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə 2014-24-cü illərin nəticələri əksini tapıb.

Siyahıya 10 mövsüm ərzində avrokuboklarda oynamış komandalar daxil edilib. 569 klubun yer aldığı cədvəldə Azərbaycanın 9 təmsilçisi var.

Ən yaxşı klubumuz “Qarabağ” 66-cıdır. Qurban Qurbanovun yetirmələri 53,000 xala malikdir.

“Neftçi” 13,250 xalla 213-cü sırada yer alıb. 268-ci olan “Qəbələ”nin hesabında 10,750 xal var.

Digər təmsilçilərimiz 347-ci yeri bölüşürlər. “Sabah”, “Zirə”, “Şamaxı”, “Səbail”, “Sumqayıt” və “Kəpəz” 7,725 xala malikdir.

Qeyd edək ki, cədvələ 365,000 xalı olan “Real” başçılıq edir.

İdman.biz