“Qarabağ” Afrika Millətlər Kubokunda 141-ci olub

Xəbərlər
19 Fevral 2024 16:38
237
“Qarabağ” Afrika Millətlər Kubokunda 141-ci olub

Dünya klublarının Afrika Millətlər Kubokundakı faydalılıq reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvələ turnirdə futbolçusu çıxış edən 385 klub yer alıb.

Azərbaycan çempionu “Qarabağ” da siyahıya daxil edilib. Ağdam klubunun futbolçusu Patrik Andrade Kabo-Verde millisi ilə yarışda iştirak edib.

Onun faydalılıq əmsalı 11,151 ilə qiymətləndirilib. “Qarabağ” bu göstərici ilə Afrikada 141-ci olub.

Siyahıya “Nottinhem Forest” başçılıq edir. İngiltərə klubunun 6 futbolçusunun ümumi reytinqi 93,017-ə bərabər olub. CAR-ın “Mamelodi Sandauns” klubunun 11 futbolçusu 87,544, Fransa “Marsel”inin 7 üzvü 79,908 xal toplayıb.

Qeyd edək ki, Patrik turnirdə keçirdiyi 2 oyunda 125 dəqiqə meydanda olub. O, CAR-la matçın penaltilər seriyasında komandasının sonuncu zərbəsini qaçırmaqla məğlubiyyəti rəsmiləşdirib.

İdman.biz

Məqalədə: