Vadim Vasilyev palataya köçürülüb: Sol əli işləmir...

Xəbərlər
19 Fevral 2024 10:42
865
Vadim Vasilyev palataya köçürülüb: Sol əli işləmir...

Azərbaycan milli komandasının sabiq futbolçusu Vadim Vasilyev xəstəxanada reanimasiyadan palataya köçürülüb.

Bunu İdman.bizə veteran hücumçunun həyat yoldaşı deyib.

O bildirib ki, 2 gün öncə palataya köçürülən Vasilyevin hazırda vəziyyəti normaldır: “Ancaq sol əli işləmir. Ümumilikdə, bədəninin sol tərəfi ilə hərəkət etməkdə əziyyət çəkir. Artıq onu gündəlik görmək imkanımız var. Müalicəsi davam edir. Həkimlər bundan sonra hər şeyin normallaşması üçün zamana ehtiyacın olduğunu bildirir”.

Qeyd edək ki, Vasilyev 1 həftə öncə insult keçirib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: