Misli Premyer Liqasında beşinci turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı açıqlanıb.
İdman.Biz xəbər verir ki, turun altı qarşılaşmasında ümumilikdə 15 250 tamaşaçı qeydə alınıb.
Ən çox azarkeş “Kəpəz” - “Qəbələ” (1:0) matçında olub. Gəncədə keçirilən görüşü 11 000 tərəfdar stadiondan izləyib.
Digər oyunlarda qeydə alınan tamaşaçı sayı belə olub:
“İmişli” - “Neftçi” (2:3) - 600
“Sumqayıt” - “Şamaxı” (1:1) - 1 350
“Araz-Naxçıvan” - “Turan Tovuz” (2:2) - 500
“Zirə” - “Qarabağ” (1:1) - 1 300
“Şəfa” - “Sabah” (0:3) - 500
Xatırladaq ki, Misli Premyer Liqasında altıncı tura sentyabrın 18-də start veriləcək.
