"Qarabağ"la oyun öncəsi "Tvente" futbolçusu ilə müqaviləni uzadıb

24 Avqust 2026 23:39
91
"Qarabağ"la oyun öncəsi "Tvente" futbolçusu ilə müqaviləni uzadıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Tvente" norveçli futbolçusu Sondre Eryaseterlə müqavilənin müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı hücumameyilli futbolçu ilə yeni müqavilə 2030-cu ilin yayınadək nəzərdə tutulub.

Eryaseter 2025-ci ilin yayından "Tvente"nin formasını geyinir. O, Niderland təmsilçisinin heyətində indiyədək 40 rəsmi oyuna çıxıb, 5 qol vurub və 13 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Qarabağ" Niderlandda keçirilən ilk görüşdə "Tvente"ni 1:0 hesabı ilə məğlub edib.

Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

İdman.Biz