AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının II turunda keçirilmiş "Turan Tovuz" - "Şamaxı" matçındakı mübahisəli epizoda münasibət bildirib.
İdman.Biz xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Rəhim Həsənov meydan sahiblərinin cərimə zərbəsindən sonra topun qapı xəttini tam keçdiyini təsdiqləyən aydın görüntünün olmadığını bildirib.
"Bu halda VAR müdaxiləsinə ehtiyac yoxdur və meydanda hakimin ilkin qərarının qüvvədə saxlanılması düzgün yanaşmadır", - deyə o bildirib.
Qeyd edək ki, "Turan Tovuz" - "Şamaxı" qarşılaşması 0:0 hesabı ilə başa çatıb.
