“Neftçi” evdə 300-cü qələbəsini böyük hesabla qazandı

24 Avqust 2026 11:47
102
“Neftçi” evdə 300-cü qələbəsini böyük hesabla qazandı

“Neftçi” futbol klubu Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının ikinci turuna təsadüf edib.

Bakı klubu “Araz-Naxçıvan”ı məğlubiyyətə uğradıb – 5:0.

Yubiley ölkə çempionatlarında 492-ci ev matçına təsadüf edib. “Neftçi” yüksək dəstədə öz meydanında 113 heç-heçə edib və 79 dəfə xalsız qalıb.

Qeyd edək ki, “Neftçi”nin ilk ev qələbəsi 1992-ci il mayın 8-də qeydə alınıb. “Ağ-qaralar” Sumqayıt “Xəzər”ini 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz