İtaliyanın “Yuventus” futbol klubunun baş məşqçisi Luçano Spalletti komandanın hücumçusu Randal Kolo Muaninin çıxışından narazılığını gizlətməyib.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis hücumçunun uzun müddətdir yüksək səviyyədə stabil oyun praktikası əldə edə bilməməsinə diqqət çəkib.
“İki ildir oynamır və bunun bir səbəbi olmalıdır. Hücumçu qol vurmalıdır”, - deyə Spalletti bildirib.
Baş məşqçi fransalı futbolçunun daha fəal olmalı və hücum xəttində komandasına daha böyük təsir göstərməli olduğunu vurğulayıb.
Qeyd edək ki, İtaliay A Seriyanın ilk turunda “Yuventus” səfərdə “Frozinone”yə 1:0 hesabı ilə qalib gəlib, yeganə qolu 22-ci dəqiqədə Bremer vurub. İkinci turda Turin təmsilçisi avqustun 29-da doğma meydanda “Parma” ilə qarşılaşacaq.
