“Yuventus” qapıçısı ilə yollarını ayıracaq

24 Avqust 2026 12:02
81
“Yuventus” qapıçısı ilə yollarını ayıracaq

33 yaşlı qapıçı Mattia Perin yay transfer pəncərəsində Turin təmsilçisi “Yuventus”dan ayrılacaq.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbə iddia edir ki, təcrübəli qapıçı karyerasını başqa İtaliya klubunda - “Palermo”da davam etdirəcək.

Tərəflər danışıqlar apararaq transferlə bağlı razılığa gəliblər.

Perin yaxın günlərdə tibbi müayinədən keçmək üçün yola düşəcək.

Mattia Perin 2018-ci ildən “Yuventus”un futbolçusudur. Qeyd edək ki, “Yuventus” bir neçə gün əvvəl digər qapıçısı Mikele Di Qreqorio ilə yollarını ayırıb.

İdman.Biz
Məqalədə: