“Yuventus”un qapıçısı İngiltərə klubunda

22 Avqust 2026 10:34
79
“Yuventus”un qapıçısı İngiltərə klubunda

İtaliyanın “Yuventus” klubunun qapıçısı Mikele Di Qreqorio karyerasını İngiltərədə davam etdirəcək.

İdman.Biz xəbər verir ki, “Bornmut” 29 yaşlı qapıçını icarəyə götürmək üçün razılıq əldə edib. Müqaviləyə əsasən, İngiltərə klubu Di Qreqorionu 14 milyon avro və əlavə bonuslar qarşılığında birdəfəlik transfer edə bilər.

İtaliyalı qapıçı artıq "Bornmut"a keçidlə bağlı razılığını verib.

Ötən mövsüm Di Qreqorio A Seriyasında 30 oyunda meydana çıxıb, 25 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.

İdman.Biz