Premyer Liqada turun azarkeş rekordu yenidən Tovuzda qeydə alındı - VİDEO

24 Avqust 2026 10:44
120
Premyer Liqada turun azarkeş rekordu yenidən Tovuzda qeydə alındı

Azərbaycan Premyer Liqasının ikinci turunda ən çox azarkeşin izlədiyi qarşılaşma müəyyənləşib.

İdman.Biz xəbər verir ki, turun ən çox tamaşaçı toplayan oyunu Tovuzda keçirilib.

“Turan Tovuz” - “Şamaxı” matçını 4 800 azarkeş izləyib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Turun digər oyunlarında qeydə alınan azarkeş sayı belə olub:

“Qəbələ” - “Şəfa” - 600
“Zirə” - “İmişli” - 500
“Neftçi” - “Araz-Naxçıvan” - 1 670

Xatırladaq ki, ilk turda da “Turan Tovuz”un ev oyununa böyük maraq olub. “Turan Tovuz” - “Qəbələ” qarşılaşması turun ən çox azarkeş toplayan matçı olub.

Qeyd edək ki, ikinci tur çərçivəsində keçirilməli olan “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları Azərbaycan klublarının avrokuboklardakı iştirakı ilə əlaqədar təxirə salınıb.

İdman.Biz