“Mançester Siti” 18 yaşlı Buaddiyə 100 milyon avro ödəyəcək

24 Avqust 2026 10:15
85
“Mançester Siti” 18 yaşlı Buaddiyə 100 milyon avro ödəyəcək

İngiltərənin “Mançester Siti” futbol klubu “Lill”in 18 yaşlı yarımmüdafiəçisi Ayyub Buaddinin transferini tamamlamağa yaxındır.

İdman.Biz xəbər verir ki, tərəflər Mərakeş millisinin futbolçusunun keçidi ilə bağlı razılıq əldə ediblər.

“The Athletic”in məlumatına görə, “Mançester Siti” Fransa klubuna ilkin olaraq 95 milyon avro, bonuslarla birlikdə isə maksimum 100 milyon avro ödəyəcək.

Buaddi “Lill”in ötən mövsüm Liqa 1-də keçirdiyi 30 matçda iştirak edib. O, Mərakeş millisində debütünü 2026-cı ilin mayında edib və dünya çempionatında yığmanın keçirdiyi altı oyundan beşinə start heyətində başlayıb. Mərakeş turnirdə 1/4 finaladək irəliləyib.

18 yaşlı futbolçunun transferi baş tutacağı halda o, “Mançester Siti” tarixinin ən bahalı futbolçularından birinə çevriləcək.

İdman.Biz