“İmişli”nin qapıçısı Yusif İmanov Azərbaycan Premyer Liqasının ikinci turunda “Zirə” ilə matçda (1:3) ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, qarşılaşmada buraxılan ikinci top qolkiperin qapısına vurulan 100-cü qol olub.
100 oyunda 101 top buraxan futbolçu 3 müxtəlif komandanın şərəfini qoruyub.
O, 2021/2022 mövsümündə debüt etdiyi “Sabah”da 80 çempionat görüşündə 75, “Kəpəz”də 18 matçda 23, “İmişli”də isə 2 qarşılaşmada 3 qol buraxıb.
Qeyd edək ki, Y.İmanov turnirin tarixinə 100 və daha çox oyun keçirən 458-ci futbolçu, bu göstəriciyə çatan 39-cu qapıçı kimi düşüb.
