Avropanın aparıcı futbol çempionatlarında bu gün, avqustun 24-də bir sıra oyunlar keçiriləcək.
İdman.Biz xəbər verir ki, İngiltərə Premyer Liqasının ilk turuna London derbisi ilə yekun vurulacaq. “Fulhem” öz meydanında “Çelsi”ni qəbul edəcək.
İtaliya A Seriyasında iki qarşılaşma nəzərdə tutulub. “Bolonya” “Latsio” ilə, “Roma” isə “Fiorentina” ilə üz-üzə gələcək.
İspaniya La Liqasında “Osasuna” “Levante”ni, “Malaqa” isə “Deportivo”nu qəbul edəcək.
Türkiyə Superliqasının ikinci turunun son oyununda “Kocaelispor” və “Amedspor” üz-üzə gələcəklər.
24 avqust, Bakı vaxtı ilə
La Liqa
20:30 - “Osasuna” - “Levante”
22:30 - “Malaqa” - “Deportivo”
A Seriyası
20:30 - “Bolonya” - “Latsio”
22:45 - “Roma” - “Fiorentina”
Türkiyə Superliqası
22:30 - “Kocaelispor” - “Amedspor”
Premyer Liqa
23:00 - “Fulhem” - “Çelsi”
