“Neftçi” Premyer Liqada 150-ci böyükhesablı qələbəsini qazandı

24 Avqust 2026 10:40
100
“Neftçi” Premyer Liqada 150-ci böyükhesablı qələbəsini qazandı

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün ikinci turunda “Araz-Naxçıvan”ı 5:0 hesabı ilə məğlub edən “Neftçi” ölkə çempionatının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bu, cari mövsümdə qeydə alınan ilk böyükhesablı nəticədir.

“Ağ-qaralar” 98 dəfə evdə, 52 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qələbə qazanıb.

Qeyd edək ki, “Neftçi” ilk belə qələbəsini 1992-ci il mövsümündə Şamaxının “Şirvan” klubu üzərində 8:1 hesabı ilə qazanıb.

İdman.Biz