“Hapoel” Bakıda oyunöncəsi məşqə çıxıb - FOTO

24 Avqust 2026 21:11
86
“Hapoel” Bakıda oyunöncəsi məşqə çıxıb

Beer-Şeva "Hapoel"i UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"a qarşı cavab oyunu öncəsi Bakıda məşqə çıxıb.

İdman.Biz xəbər verir ki, İsrail təmsilçisi həlledici qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşq edib.

Baş məşqçi Ran Kojuxun rəhbərliyi altında futbolçular oyunöncəsi məşq keçərək arenanın ot örtüyünü sınaqdan keçiriblər.

"Sabah" - "Hapoel" qarşılaşması avqustun 25-də keçiriləcək və saat 20:45-də başlayacaq.

Xatırladaq ki, komandalar arasında Buxarestdə keçirilən ilk görüş "Hapoel"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz