“Turan Tovuz” - “Sabah” matçı öncəsi heyətlərdə son vəziyyət bəlli oldu – KLUBLARDAN İDMAN.BİZ-ə AÇIQLAMA

28 Oktyabr 2026 17:17
58
“Turan Tovuz” - “Sabah” matçı öncəsi heyətlərdə son vəziyyət bəlli oldu – KLUBLARDAN İDMAN.BİZ-ə AÇIQLAMA

“Turan Tovuz” və “Sabah” futbol komandaları Misli Premyer Liqasının onuncu turunda üz-üzə gələcəklər.

İdman.Biz xəbər verir ki, oktyabrın 30-da keçiriləcək qarşılaşma öncəsi hər iki komandanın heyətində itki yoxdur.

Bu barədə komandaların mətbuat xidmətlərindən sorğumuza cavab olaraq bildirilib.

Liderliyini qorumağa çalışan “Sabah” səfərdə qələbə qazanaraq turnir cədvəlindəki mövqeyini möhkəmləndirməyi hədəfləyir. İlk üçlük uğrunda mübarizə aparan “Turan Tovuz” isə doğma meydanda xal ehtiyatını artırmağa çalışacaq.

Qeyd edək ki, “Turan Tovuz” - “Sabah” qarşılaşması oktyabrın 30-da Tovuz şəhər stadionunda keçiriləcək. Görüş saat 18:30-da başlayacaq.

Hazırda 20 xala malik “Sabah” turnir cədvəlinə başçılıq edir. 15 xalı olan “Turan Tovuz” isə dördüncü pillədə qərarlaşıb.

İdman.Biz
Məqalədə: