“Qarabağ” altı min manat cərimələndi

28 Oktyabr 2026 16:54
34
“Qarabağ” altı min manat cərimələndi

Futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turunun “Sabah” - “Qarabağ” matçında baş verən qayda pozuntularına görə Ağdam klubu cəzalandırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Oyun zamanı “Qarabağ” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün “Qarabağ” klubu 6 000 manat cərimə olunub.

Bundan başqa, görüş zamanı “Qarabağ” fanatları stadionda 27 ədəd skamya sındırıblar. Bu səbəbdən stadiona dəymiş zərərin Ağdam təmsilçisi tərəfindən qarşılanması haqqında qərar çıxarılıb.

İdman.Biz
Məqalədə: