Aleksey İsayev: “Riad Rəfiyev mənə zəng edəndə bunun zarafat olduğunu düşündüm”

28 Oktyabr 2026 15:32
32
Aleksey İsayev: “Riad Rəfiyev mənə zəng edəndə bunun zarafat olduğunu düşündüm”

“Sabah” futbol klubunun yarımmüdafiəçisi Aleksey İsayev ilk dəfə olaraq Azərbaycana gəlişi barədə danışıb.

İdman.Biz xəbər verir ki, 30 yaşı futbolçu xatirəsini qonaq olduğu podkastda bölüşüb.

“Sabah”ın futbolçusu qeyd edib ki, Krasnoyarskın “Yenisey” klubu Rusiya Premyer Liqasına vəsiqə qazanandandan sonra o və bir çox komada dostları əsas həyətdən kənarda qalıb.

İsayev vurğulayıb ki, bu məqam onda müəyyən depressiya da yaradıb.

“Sumaqayıt”ın hazırkı rəhbəri Riad Rəfiyev mənə ilk dəfə zəng edəndə düşündüm ki, uşaqlar zarafat edirlər. Krasnoyarskda azərbaycanlı dostlarım az deyildi. Danışıq əsnasında onların adlarını çəkməyə başladım, Riad müəllim gülməyə başladı. Söylədim ki, əgər bu həqiqətdirsə, mənə sabah təkrar zəng edin. Beləliklə, növbəti zəngində artıq məni Azərbaycanda gözlədiklərini bildirdi”.

Aleksey İsayev Azərbaycandakı adaptasiya dövrünə də toxunub.

“Əvvəl tərəddüd edirdim, düşünürdüm ki, səhv etmişəm. “Sumqayıt”a gələndə klubda yaxşı kollektivin yığıldığını gördüm. Krasnoyarskda orta məktəbin hər sinifində azı bir-iki azərbaycanlı oxuyurdu. Azərbaycan mentaliteti mənə yad deyil. Uşaqlar da sağ olsunlar, məni darıxmağa qoymadılar” – deyə “Sabah”ın futbolçusu bildirib.

Məlumat üçün əlavə edək ki, Azərbaycandakı peşəkar karyerasına 2018-ci ildə “Sumqayıt” klubunda başlayan Aleksey İsayev, 2020-ci ildə “Sabah”a transfer olunub. Daha sonra 2024-cü ilin yanvarında “Qarabağ”ın heyətinə qoşulan yarımmüdafiəçi, orada bir mövsüm çıxış edib. Təcrübəli futbolçu 2025-ci ilin sentyabrında yenidən keçmiş klubu “Sabah”a geri dönüb və hazırda da bu komandanın şərəfini qoruyur.

İdman.Biz