AFFA “Neftçi”nin futbolçusunu iki oyunluq cəzalandırdı

28 Oktyabr 2026 16:59
49
AFFA “Neftçi”nin futbolçusunu iki oyunluq cəzalandırdı

“Neftçi”nin futbolçusu İqor Ribeyro iki oyunluq cəzalanıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna müdafiəçinin Misli Premyer Liqasının doqquzuncu turunda “Turan Tovuz”la oyunda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub. “Neftçi” buna görə 1000 manat cərimələnib.

Bundan əlavə, “Araz-Naxçıvan” 700 manat cərimələnib. Naxçıvan təmsilçisi “Qəbələ” ilə oyunda dörd futbolçusu sarı vərəqə aldığı üçün ziyana düşüb. “Qəbələ”dən isə beş nəfər sarı vərəqə aldığı üçün eyni məbləğ ödəniləcək.

“Şamaxı”nın beş oyunçusu “İmişli” ilə qarşılaşmada sarı vərəqə aldığından klub 700 manat ziyana düşüb.

Bundan əlavə, “Şəfa” klubuna 1500 manat cərimə tətbiq edilib. “Kəpəz”lə oyunda matçın ilkin protokolunun elektron sistemdə gec təsdiq edilməsi buna səbəb olub.

İdman.Biz