"Səbail" Türkiyə toplanışını qələbə ilə başa vurub

24 Avqust 2026 22:30
104
"Səbail" Türkiyə toplanışını qələbə ilə başa vurub

2026/27 mövsümünə hazırlaşan "Səbail" Türkiyədəki təlim-məşq toplanışında son yoxlama oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Boluda Şimali Kipr Türk Respublikasının "Mağusa" klubu ilə qarşılaşıb.

Görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Səbail"in hər iki qolunu Aldo Josue Qomes Soares (Dinyo) vuraraq dubla imza atıb.

Bu qarşılaşma ilə "Səbail"in Türkiyədəki təlim-məşq toplanışı başa çatıb.

İdman.Biz