"Karvan-Yevlax" portuqaliyalı futbolçu ilə müqavilə imzalayıb

24 Avqust 2026 19:56
110
"Karvan-Yevlax" portuqaliyalı futbolçu ilə müqavilə imzalayıb

"Karvan-Yevlax" heyətini portuqaliyalı yarımmüdafiəçi Onyekaçi Silas Eze ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Azərbaycan I Liqasının təmsilçisi 30 yaşlı futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.

Eze karyerası ərzində Portuqaliyanın "Boavişta", "Jil Visente", "Paredes", "Marinhense" və "Varzim" klublarının formasını geyinib.

Yarımmüdafiəçinin Çexiyada da çıxış təcrübəsi var. O, bu ölkədə "Znojmo" klubunun şərəfini qoruyub.

İdman.Biz