Valdas Dambrauskas: "İnanıram ki, sabah qalib gələcəyik" - FOTO

24 Avqust 2026 20:30
129
Valdas Dambrauskas: "İnanıram ki, sabah qalib gələcəyik"

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Beer-Şeva "Hapoel"inə qalib gələcəklərinə inanır.

İdman.Biz xəbər verir ki, mütəxəssis bunu oyunöncəsi mətbuat konfransında deyib.

"Bu, Buxarestdəki qarşılaşmanın davamıdır. Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq. Hazırda bir top fərqi ilə geridəyik. Azarkeşlərimizə hazır olduğumuzu demək istəyirəm. İnanıram ki, sabah qalib gələcəyik", - deyə Dambrauskas bildirib.

"Sabah"ın baş məşqçisi daha əvvəl də avrokubokların əsas mərhələsinə vəsiqə qazandığını xatırladıb.

"Daha əvvəl də liqa mərhələsinə vəsiqə qazanmışam. Təcrübəmdən istifadə edərək bunu yenidən etməyə çalışacağam. İnanıram ki, mükəmməl vəziyyətdəyik. İkinci və üçüncü təsnifat mərhələlərindən başlayan bəzi komandalar bunu bacarmadı. Hazırda 1:0 hesabı rəqibin xeyrinədir və onlar bundan istifadə etməyə çalışacaqlar. Biz rəqibi analiz etmişik. Mənim əsas diqqətim sabahkı oyunadır", - deyə o əlavə edib.

"Sabah" - "Hapoel" cavab qarşılaşması avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.

Buxarestdə keçirilən ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz