"Sabah"ın vingeri Velko Simiç UEFA Çempionlar Liqasının pley-off mərhələsində Beer-Şeva "Hapoel"inə qarşı cavab oyununda qələbəyə ümid edir.
İdman.Biz xəbər verir ki, futbolçu Bakıda keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında bunu deyib.
"Sabahkı oyunu səbirsizliklə gözləyirik. Biz böyük komandayıq və qalib gəlməyə çalışacağıq. Bu matça çox motivasiyalıyam. Vurduğum qollar mənə əlavə motivasiya verir. Amma mənim vəzifəm daha çox qol vurmaq deyil, komandaya maksimum fayda vermək, yaxşı oynamağımıza və qələbə qazanmağımıza kömək etməkdir", - deyə Simiç bildirib.
Futbolçu azarkeşlərin dəstəyinin cavab qarşılaşmasında komandaya əlavə güc verəcəyinə inandığını vurğulayıb.
"Biz bu stadionda oynamağı sevirik. İnanıram ki, sabah burada möhtəşəm atmosfer olacaq. Azarkeşlərimizi çoxlu qollarla sevindirəcəyik", - deyə o əlavə edib.
"Sabah" - "Hapoel" cavab qarşılaşması avqustun 25-də Bakıda keçiriləcək. Buxarestdə baş tutan ilk görüş İsrail klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
