Filip Ozobiçin yeni komandası məlum olub

24 Avqust 2026 17:56
70
Filip Ozobiçin yeni komandası məlum olub

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Filip Ozobiç karyerasını Xorvatiyada davam etdirəcək.

İdman.Biz xəbər verir ki, 35 yaşlı futbolçu “Mladost” (Jdravoli) klubuna keçib.

Tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Ozobiç ötən mövsümü “Turan Tovuz”da keçirib. O, Azərbaycanda “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin də formasını geyinib. Yarımmüdafiəçi daha əvvəl Xorvatiyanın “Slaven” (Belupo), “Hayduk” (Split) və Rusiyanın “Spartak” (Moskva) klublarında çıxış edib.

Filip Ozobiç Azərbaycan millisində 15 oyun keçirib və 1 qol vurub.

İdman.Biz