Beer-Şeva "Hapoel"inin baş məşqçisi Ran Kojux UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Sabah"ı favorit hesab edir.
İdman.Biz xəbər verir ki, mütəxəssis bunu Bakıda keçirilən oyunöncəsi mətbuat konfransında deyib.
"Bu qarşılaşma üçün xüsusi hazırlığımız olmayıb. Həmişəki kimi hazırlaşmışıq. Bakıda olmaq bizim üçün çox xoşdur. Yaxşı komandaya qarşı oynayacağıq və maksimum hazırlaşmışıq. İlk oyunda qalib gəlmişik və üstünlüyümüzü qorumağa çalışacağıq. Bu matçın favoriti "Sabah"dır", - deyə Kojux bildirib.
"Hapoel"in baş məşqçisi komandasının Bakıda da qələbə uğrunda mübarizə aparacağını vurğulayıb.
"Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin çox yaxşı futbolçuları var", - deyə o əlavə edib.
"Sabah" - "Hapoel" cavab qarşılaşması avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.
Buxarestdə keçirilən ilk görüş İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
