“Ulduz Cup” beynəlxalq futbol turniri artıq üçüncü dəfədir təşkil olunur. İlk turnirdə Belarusun Dinamo(Minsk), ikinci turnirdə isə ölkəmizin “Neftçi” klubu qalib oldu. Hazırda üçüncü turnirə şahidlik edirik, güclü olan qalib gəlsin”.
İdman.Biz xəbər verir ki, bu sözləri Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan “Ulduz Cup” beynəlxalq futbol turnirində jurnalistlərə açıqlama verən “Ulduz” futbol akademiyasının direktoru Mehman Alimov deyib.
Mehman Alimov söyləyib ki, bu il “Ulduz Cup” beynəlxalq futbol turnirində iştirak etmək istəyən ölkələrin sayı daha çoxdur:
“Lakin burada futbol akademiyası olan futbol klublarının yetirmələri iştirak edirlər”.
Mehman Alimov bildirib ki, hazırda Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil edilən “Ulduz Cup” beynəlxalq futbol turnirində yeddi ölkədən 12 komanda mübarizə aparır:
“Komandalardan beşi Azərbaycan təmsilçisidir. Turnir 2015-ci il təvəllüdlü uşaqlar arasında təşkil edilib. Turnir Gənclər və İdman Nazirliyi, “Ulduz” Futbol Akademiyası və AFFA-nın təşkilatçılığı baş tutur”.
Araz Xəlilli
Mehman Alimov əlavə edib ki, “Ulduz Cup” beynəlxalq futbol turnirinin təşkilində məqsəd Azərbaycan futbolunu qlobal futbol aləminə tanıtmaq və ölkəmizdə futbolun kütləviliyin artırmaqdır.
