Bakıdakı həlledici görüş öncəsi “Sabah”ın məşqindən görüntülər - FOTO + VİDEO

24 Avqust 2026 21:30
93
Bakıdakı həlledici görüş öncəsi “Sabah”ın məşqindən görüntülər

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində Beer-Şeva "Hapoel"inə qarşı cavab oyunu öncəsi məşqə çıxıb.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi qarşıdakı matça hazırlığını davam etdirir.

Baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında futbolçular müxtəlif fiziki çalışmalar yerinə yetirib, həmçinin qarşıdakı görüş üçün nəzərdə tutulan taktiki tapşırıqlar üzərində işləyiblər.

"Sabah" - "Hapoel" cavab qarşılaşması avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.

Buxarestdə keçirilən ilk görüş İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz