Fransa klubu "Sabah"ın futbolçusunu hədəfə alıb

25 Avqust 2026 00:29
86
Fransa klubu "Sabah"ın futbolçusunu hədəfə alıb

Fransanın "Lans" klubu "Sabah"ın və Özbəkistan millisinin yarımmüdafiəçisi Umarali Rahmonaliyevlə maraqlanır.

İdman.Biz Tribuna.uz-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 22 yaşlı futbolçunu transfer siyahısına daxil edib.

Mənbənin məlumatına görə, Fransa klubunun skautları Rahmonaliyevin çıxışlarını mütəmadi izləyir və onun transfer imkanlarını dəyərləndirirlər. "Lans" özbəkistanlı futbolçunu orta xətti gücləndirmək üçün potensial namizədlərdən biri hesab edir.

Yaxın vaxtlarda Fransa klubunun Rahmonaliyevlə bağlı "Sabah"a rəsmi təklif göndərəcəyi gözlənilir. Bununla belə, klublar arasında danışıqların başlanması ilə bağlı məlumat hələlik təsdiqlənməyib.

Rahmonaliyevin transfer dəyəri 1,2 milyon avro qiymətləndirilir.

Yarımmüdafiəçi Özbəkistan millisinin də formasını geyinir. Rahmonaliyev "Sabah"ın heyətində Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb.

İdman.Biz