La Liqa: "Latsio" qalib gəlib, "Osasuna" və "Levante" heç-heçə edib - YENİLƏNİR + VİDEO

24 Avqust 2026 23:53
105
La Liqa: "Latsio" qalib gəlib, "Osasuna" və "Levante" heç-heçə edib

"Osasuna" və "Levante" İspaniya çempionatının II turunda heç-heçə ediblər.

İdman.Biz xəbər verir ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

İlk hissədə komandalar demək olar ki, təhlükəli qol vəziyyətləri yarada bilməyiblər və fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Fasilədən sonra da vəziyyət dəyişməyib. Tərəflər əllərinə düşən imkanlardan yararlana bilməyiblər və final fiti qolsuz heç-heçəni rəsmiləşdirib.

Bu görüşdən sonra "Osasuna" və "Levante" La Liqanın turnir cədvəlində hərəyə bir xal toplayıblar.

Komandalar ikinci dövrədə 2027-ci il martın 21-də yenidən üz-üzə gələcəklər.

23:05

"Latsio" İtaliya çempionatının yeni mövsümünə qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, Roma təmsilçisi A Seriyasının I turunda səfərdə "Bolonya"nı 1:0 hesabı ilə məğlub edib.

Görüşdə yeganə qol 59-cu dəqiqədə vurulub. Davide Frattezi dəqiq zərbə ilə "Latsio"ya üç xal qazandırıb.

Bu qarşılaşma Domeniko Tedesko üçün "Bolonya"nın baş məşqçisi kimi A Seriyasında ilk oyun olub. Mütəxəssis iyunun 2-də komandaya baş məşqçi təyin edilib.

Ötən mövsüm "Bolonya" 56 xalla İtaliya çempionatını səkkizinci, "Latsio" isə 54 xalla doqquzuncu pillədə başa vurub.

Növbəti turda "Bolonya" avqustun 31-də səfərdə "Atalanta" ilə qarşılaşacaq. "Latsio" isə bir gün əvvəl öz meydanında "Cenoa"nı qəbul edəcək.

İdman.Biz