Türkiyənin “Trabzonspor” klubu “Liverpul”un və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Fabinyonun transferini rəsmən açıqlayıb.
İdman.Biz xəbər verir ki, Fabinyo “Əl-İttihad”dan ayrıldıqdan sonra azad agent kimi Türkiyə klubuna keçib.
Braziliyalı futbolçu “Liverpul”da birlikdə çıxış etdiyi sabiq komanda yoldaşı Məhəmməd Salahla yenidən eyni komandada çıxış edəcək.
Fabinyo 2023-cü ildə “Liverpul”da keçirdiyi beş ildən sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçmişdi.
Misirli hücumçu Məhəmməd Salah da bu ayın əvvəlində azad agent kimi “Trabzonspor”a qoşulub.
