Malkom “Əl-Hilal”dan ayrıldı

22 Avqust 2026 00:10
73
Malkom “Əl-Hilal”dan ayrıldı

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu braziliyalı vinger Malkomla yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, tərəflər müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı razılığa gəliblər. 29 yaşlı futbolçunun “Əl-Hilal”la sözləşməsi 2027-ci ilin yayına qədər idi.

Daha əvvəl yayılan məlumatlarda Malkomun klub rəhbərliyi ilə fikir ayrılığı yaşadığı bildirilirdi. “Əl-Hilal” onu Səudiyyə Ərəbistanının “Əl-Diriyah” futbol klubuna göndərmək istəsə də, braziliyalı bu varianta razılıq verməyib.

Futbolçunun karyerasını BƏƏ-də davam etdirməsi gözlənilir. Malkomun “Əl-Cəzirə” ilə üç illik müqavilə imzalaması barədə məlumat yayılıb. O, “Əl-Hilal”dan ayrıldıqdan sonra yeni kluba azad agent kimi keçə bilər.

Malkom “Əl-Hilal”a 2023-cü ildə Rusiyanın “Zenit” futbol klubundan transfer olunub. Klubun rəsmi məlumatına əsasən, braziliyalı 2025/2026 mövsümünün sonuna qədər komandanın heyətində 143 oyun keçirib və 49 qol vurub. O, “Əl-Hilal”la 6 titul qazanıb.

İdman.Biz
Məqalədə: