Kurtis Cons “İnter”in yeni futbolçusudur

21 Avqust 2026 22:53
83
Kurtis Cons “İnter”in yeni futbolçusudur

İtaliyanın “İnter” futbol klubu İngiltərənin “Liverpul” futbol klubunun yarımmüdafiəçisi Kurtis Consu heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, tərəflər transferlə bağlı razılığa gəliblər. “İnter” 25 yaşlı futbolçu üçün ilkin olaraq 30 milyon avro (58 milyon AZN) ödəyəcək. Müqavilədə əlavə 5 milyon avroluq bonuslar da nəzərdə tutulub.

Məlumata görə, razılaşmaya “Liverpul”un Consun gələcək satışından 10 faiz pay almasını nəzərdə tutan bənd də daxil edilib.

Kurtis Cons 9 yaşından “Liverpul”un akademiyasında yetişib və bütün peşəkar karyerasını indiyədək Mersisayd klubunda keçirib. Onun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaqdı.

Beləliklə, Cons “İnter”in bu yay heyətinə qatdığı növbəti ingiltərəli futbolçu olub.

İdman.Biz