Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun hücumçusu Kriştianu Ronaldu karyerasında 977-ci qolunu vurub.
İdman.Biz xəbər verir ki, 41 yaşlı futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasının ikinci turunda “Ər-Riyad”la səfər qarşılaşmasında fərqlənib. Görüş Şahzadə Faysal bin Fəhd stadionunda keçirilib və 4:0 hesabı ilə başa çatıb.
Bu qol Ronaldu üçün həm də 2026/2027 mövsümündə ölkə çempionatında ilk qol olub. Portuqaliyalı hücumçu mövsümün ilk turunda “Əl-Fateh”ə qarşı keçirilən və “Əl-Nəsr”in 3:0 hesabı ilə qalib gəldiyi görüşdə meydana çıxmayıb.
Beləliklə, beşqat “Qızıl top” sahibinə tarixi 1000 qol göstəricisinə çatmaq üçün daha 23 qol lazımdır.
Qeyd edək ki, “Əl-Nəsr” yeni mövsümə Anje Postekoqlunun rəhbərliyi altında başlayıb.
