Almaniyanın “Ayntraxt” futbol klubu ölkə kubokunda “Şt. Tönis”i 11:0 hesabı ilə darmadağın edib.
İdman.Biz xəbər verir ki, Almaniya kubokunun birinci mərhələsində keçirilən qarşılaşmanın taleyi artıq ilk hissədə həll olunub. Frankfurt təmsilçisi fasiləyə 10:0 hesablı üstünlüklə yollanıb. Bu, Almaniya kuboku tarixində ilk hissə üçün ən böyük hesabdır.
“Ayntraxt”ın heyətində Conatan Burkardt het-trik edib. Can Uzun və Ayub Amaimuni-Exquyab hərəyə iki dəfə fərqləniblər. Digər qolları Robin Kox, Elias Baum, Yunes Ebnutalib, Mario Götze və Fares Şaibi vurublar.
İkinci hissədə Frankfurt klubu tempini xeyli aşağı salıb və yalnız 87-ci dəqiqədə daha bir qol vurub. Fares Şaibi qarşılaşmada yekun hesabı müəyyənləşdirib - 11:0.
Bu nəticə “Ayntraxt”ın Almaniya kubokunda klub tarixinin ən böyükhesablı qələbəsi olub. Komanda bununla da turnirin ikinci mərhələsinə yüksəlib.
