Fransanın “Marsel” futbol klubu Liqa 1-in 2026/2027 mövsümünə böyükhesablı qələbə ilə başlayıb.
İdman.Biz xəbər verir ki, “Orange Velodrome” stadionunda keçirilən birinci turun açılış matçında meydan sahibləri “Strasbur”u 4:0 hesabı ilə məğlub ediblər.
Hesab 46-cı dəqiqədə Amin Quirinin qolu ilə açılıb. 59-cu dəqiqədə “Strasbur”un yarımmüdafiəçisi Samir El-Murabet qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
68-ci dəqiqədə Quiri penaltini dəqiq yerinə yetirərək dubl edib. 89-cu dəqiqədə Keylian Abdallah fərqi 3 topa çatdırıb. Oyunun son nöqtəsini isə 90+6-cı dəqiqədə Pyer-Emil Höybyerq qoyub - 4:0.
Beləliklə, “Marsel” yeni mövsümə inamlı qələbə ilə start verib.
Qeyd edək ki, birinci turun qalan səkkiz oyunu avqustun 22-23-də keçiriləcək. Ölkənin son çempionu PSJ ilk turda avqustun 23-də “Renn”lə qarşılaşacaq.
