Super Liqada Osimhen gecəsi: “Qalatasaray” səfərdə dörd cavabsız qol vurdu - VİDEO

22 Avqust 2026 00:26
91
Super Liqada Osimhen gecəsi: “Qalatasaray” səfərdə dörd cavabsız qol vurdu - VİDEO

Türkiyənin “Qalatasaray” futbol klubu Super Liqanın ikinci turunda səfərdə “Ərzurumspor”u 4:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Kazım Karabekir stadionunda keçirilən qarşılaşmada İstanbul təmsilçisinin qollarını Roland Şallai, Yunus Akgün və Viktor Osimhen vurublar.

Hesab 12-ci dəqiqədə Şallainin qolu ilə açılıb. 20-ci dəqiqədə Osimhenin ötürməsindən sonra Yunus Akgün fərqi ikiyə çatdırıb.

İlk hissənin sonlarında meydan sahiblərinin müdafiəsində yaranan səhvdən yararlanan Osimhen 45-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.

Nigeriyalı hücumçu 80-ci dəqiqədə yenidən fərqlənərək qarşılaşmanın yekun hesabını müəyyənləşdirib - 4:0.

Beləliklə, Osimhen görüşü iki qol və bir məhsuldar ötürmə ilə başa vurub.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə “Ərzurumspor” - “Qalatasaray” qarşılaşmasına ehtiyat oyunçular skamyasında başlayıb. O, 54-cü dəqiqədə “Ərzurumspor”un heyətindən Gyrano Kerki əvəz edib. Millimizin 22 yaşlı futbolçusu 84-cü dəqiqədə sarı vərəqə alıb.

Bu qələbədən sonra “Qalatasaray”ın xalı 4-ə yüksəlib. Komanda növbəti turda “Göztəpə”ni qəbul edəcək. “Ərzurumspor” isə səfərdə “Gənclərbirliyi” ilə qarşılaşacaq.

İdman.Biz