“Qarabağ” futbol klubunun qapıçısı Mateuş Koxalski karyerasını yenidən Polşada davam etdirməyə yaxındır.
İdman.Biz xəbər verir ki, bu barədə Polşanın “SportoweFakty”, “Goal.pl”, “Meczyki” və digər media qurumları məlumat yayıb.
Məlumata görə, 26 yaşlı qolkiper Azərbaycan klubundan ayrılaraq Ekstraklasa təmsilçisi “Wieczysta Kraków”a keçə bilər. Məlumatı Polşa millisinin sabiq qapıçısı Rafał Gikiewicz yayıb.
Hazırda mümkün transferin maliyyə şərtləri və müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayında “Stal Mielec”dən “Qarabağ”a keçib. O, Ağdam təmsilçisinin heyətində UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasında da çıxış edib.
Koxalski daha əvvəl Polşada “Legiya”, “Radomyak” və “Stal Mielec” klublarının formasını geyinib. 2023/24 mövsümündə “Stal Mielec”dəki çıxışına görə Ekstraklasanın ən yaxşı qapıçısı seçilib.
